Yay tətili günləri

Mən İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin ikinci sinfini əla qiymətlərlə bitirib, üçüncü sinfə keçmişəm. Dəfələrlə bədii gimnastika üzrə rayonda və zonalarda keçirilən yarışlarda iştirak etmişəm. Dörd dəfə qaliblər sırasında olmuşam.Yay tətili günləri                      Yay tətili günlərində dərslərimi təkrar etməklə yanaşı istirahət etməyi də xoşlayıram. Bu məqsədlə Qəbələ və Qax rayonlarına getmişəm. Qəbələ “Luna park”ında olmuşam. Kanatla dağın zirvəsinə qalxmışam. Yüksəklikdən baxanda təbiətin gözəlliyi insanı heyran edir. Qəbələdə xeyli əcnəbi turistlə rastlaşdım. Onların da söhbətlərindən Azərbaycanın təbiətinə vurğun olduqlarının, səmərəli istirahət etdiklərinin, azərbaycanlıların qonaqpərvərliyinin şahidi oldum. Hər bir əcnəbi turist onlara göstərilən qayğıdan razılıq edir, ölkəmizdə istirahətindən zövq alır.
Qaxdan olan rəfiqəm Leylanın ailəsi məni Qaxın görməli, gəzməli və tarixi yerləri ilə tanış etdilər. Dəymədağlı və İlisu kəndlərində də olduq. Г‡ox maraqlı yerdir. Kəndin tarixi yerləri ilə də tanış oldum.
Rayonumuzda da “Günəş” ailəvi istirahət mərkəzində və “Qız qalası”nda olmuşam.
Babam mənə meşələrimizin gözəlliyindən, qədimliyindən, bitkilər və heyvanlar aləmindən tez- tez danışır. Məni və qardaşım Emini meşəyə gəzməyə aparır. Bizi meşələrimizdə bitən nadir bitkilərlə tanış edir.
Məktəb başlayanda mən sinif yoldaşlarıma gördüklərim barədə danışacağam.
Azərbaycanımızın hər bir bölgəsinin özünəməxsus gözəlliyi var. Xoşbəxtəm ki, uşaqlara qayğı ilə yanaşan bir dövlətdə, Azərbaycan Respublikasında yaşayıram.
Könül Nuriyeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz