“Yay məktəbi” yekunlaşdı

İyul ayının 22-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində “Niyal” hazırlıq kurslarının təşkil etdiyi “Yay məktəbi”nin bağlanış mərasimi olub. “Yay məktəbi” yekunlaşdı
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Gülnarə Mirzəliyeva, veteran jurnalist Valeh Salehov, Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, digər idarə və müəsisələrin əməkdaşları, valideynlər iştirak ediblər.
Məktəblilərin ifasında şeirlər və səhnəciklər, mədəniyyət işçilərinin canlı musiqi və rəqsləri də tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Sonda “Yay məktəbi”nin iştirakçısı olmuş şagirdlərə sertifikatlar təqdim edilib. Tədbirdə xüsusi fəallıq göstərən məktəblilər diplomlarla təltif olunub.
Rusan Qasımov

Şərh Yaz