Peşə bayramına layiqli göstəricilərlə

Peşə bayramına layiqli göstəricilərlə   Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv edib və əvəzində “milis” adlandırılan qurum yaradılıb.
Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilib. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayıb.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub.
Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyul ayının 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.
Başlanğıcını Azərbaycan Demokratik Cümhuriyyətindən götürən polislərimizin peşə bayramı – Azərbaycan Polisi Günü İsmayıllıda yüksək səviyyədə qeyd olunub. Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə bərabər rayon İcra Hakimiyyəti, hüquq mühafizə və ədliyyə orqanları rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyublar.
Tədbir Rayon Polis Şöbəsinin akt zalında davam edib. Şöbənin rəisi, polis-polkovniki Telman Ağasıyev peşə bayramının tarixi, Ulu öndərin Azərbaycan polisinə etibar və etimadı, cənab Prezident İlham Əliyevin polis sisteminə göstərdiyi qayğı, verdiyi qiymət barədə ətraflı danışaraq tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun təbriklərini şəxsi heyətə çatdırıb.
Peşə bayramına layiqli göstəricilərlə   İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov polis işçilərini rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib. İsmayıllı rayon məhkəməsinin hakimi Azad Əliyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov şəxsi heyətə xoş arzularını çatdırıb.
Rayon polis şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Rauf İsmayılov çıxışında polis şöbəsi əməkdaşlarının uğurlarından, qanunçuluğun keşiyində daha yüksək iradə ilə dayanmalarından, dövlət maraqlarını bütün maraqlardan üstün tutmalarından, nəticə olaraq peşə bayramına layiqli göstəricilərlə gəldiklərindən danışıb.
Veteran polis əməkdaşlarına Azərbaycan Respublikasının Daxili İşlər Naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Ş.Soltanov

Şərh Yaz