Silahlı Qüvvələr Günü qeyd olunub

Silahlı Qüvvələr Günü qeyd olunub   İsmayıllı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 99 illiyini təntənəli şəkildə qeyd edib. Bayram tədbirində Qarabağ müharibəsi əlilləri və veteranları, ehtiyatda olan zabitlər, hüquq-mühafizə orqanlarında, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətin İsmayıllı rayon şöbəsinin zabitləri iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram tədbirini açaraq iştirakçıları təbrik edib, bugünkü Azərbaycan ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ordumuz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli orduya çevrilib, müdafiə sənayemiz beynəlxalq səviyyədə inkişaf edib.
Rayon veteranlar şurasının sədri, ehtiyatda olan polkovnik Əlaləm Babayev, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Xidmətin İsmayıllı şöbəsinin rəisi polkovnik-leytenant Xamis Bədəlov, Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli Eynulla Bağırov, şəhər 6 nömrəli tam orta məktəbinin hərbi hazırlıq müəllimi Əsgər Manafov çıxış ediblər. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və bir qrup ehtiyyatda olan zabitə hədiyyə və mükafatlar təqdim olunub.
Mehman Zeynalov

Şərh Yaz