Kollec “Məzun günü” keçirib

Kollec “Məzun günü” keçirib  İsmayıllı təhsil sistemi özünəməxsus ənənələrə malikdir. İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci ilk dəfə “Məzun günü” keçirməklə tarixən formalaşmış ənənələrə yenisini əlavə edib.
Tədbir üçün “Qala”şadlıq sarayı məkan seçilmişdi.
”Məzun günü” Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başlandı. Kollecin direktoru, dosent Kəmalə Süleymanlı giriş nitqi söyləyib, iştirakçılara kollecin yaranma tarixindən, uğurlarından, pedaqoji kollektivin müsbət fəaliyyətindən danışıb. Sonra sözü rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya verib. O da öz növbəsində RİH-nin rəhbərliyi adından məzunları təbrik edib, hər kəsə müvəffəqiyyətlər arzulayıb. 2 məzuna Fərqlənmə diplomunu təqdim edib.

Qocaman təhsil işçilərindən Aydın Əzizov, Qalib Bəşirov, Şəfaqət Rəsulov, dövlət qulluğu veteranı Valeh Salehov kollecin İsmayıllıya gətirdiyi ziyalılıq mühitindən, yüksək keyfiyyətdə mütəxəssis hazırlığından danışıblar. Hədiyyələr və diplomlar tələbələrə və məzunlara təqdim olunub.
”Məzun günü” ilkinliyi, mahnı və musiqi nömrələrinin mahir ifaları ilə yadda qalıb. Gənclər rəqs ediblər, şeirlər söyləyiblər. Məzunlar həmişə milli və dövlət maraqlarını şəxsi maraqlarından üstün tutacaqlarını bildiriblər.
Ayaz Şahalıyev

Şərh Yaz