Narkomaniya ağ ölümdür

Narkomaniya ağ ölümdür    22 iyun 2017-ci il tarixdə İsmayıllı Gənclər Mərkəzində “26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, Gənclər və İdman İdarəsinin, İsmayıllı Peşə Tədris Mərkəzinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev narkomaniya və onun fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat verib
Tədbirdə İsmayıllı rayon Mədəniyyət evinin Xalq teatrının səhnələşdirdiyi “Acı taleh“ tamaşası izlənilib. Tamaşa maarifləndirici xarakter daşımaqla, naromaniyaya düçar olan gənc bir ailənin faciəsindən bəhs etməklə tədbirdə iştirak edən hər bir kəsə narkomaniyaya “yox” deyək ruhu aşılayıb.

Şərh Yaz