Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib    3 iyul 2017-ci il tarixində İsmayıllı Regional Bilik Evində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə narkomaniya və onun fəsadları, insan səhhətində yaratdığı problemlər barədə geniş məlumat verib. O, gəncləri bu bəladan qorumağın yolları barədə danışıb.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə UADM-nin direktoru Lətifə Əliyeva da bu mövzuda Mərkəz olaraq təcrübə paylaşımı edib. Verilən suallar ətraflı cavablandırılıb.
Elnarə Qasımova

Şərh Yaz