“Qadın və Müasir Dünya”

“Qadın və Müasir Dünya”                     5 iyul 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qadın və Müasir Dünya” Mərkəzi rayonun Tarix-Diyarşünaslıq Muzeyində 40 nəfərin iştirakı ilə seminar keçirib. Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti aparatının məhsul əməkdaşı Gülər Baxışova açaraq, sözü Mərkəzin direktoru Südabə Şirəliyeva və təlimçisi Sevda Məmmədovaya verib.
Müxtəlif idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi seminarın keçirilməsində məqsəd son illərdə regionlarda yaşayan qadınların demokratik cəmiyyət quruculuğunda və ictimai həyatda aktivləşməsi üçün şəraitin yaradılması həmçinin də iştirakçılarının sülh yaratma prosesində və münaqişələrin həlli sahəsində nəzəri, praktiki yeniliklər haqqında biliklərinin səviyyəsinin artırılmasından ibarət olub.
Elnarə Qasımova

Şərh Yaz