Xeyirxah insan və görkəmli alim

Xeyirxah insan və görkəmli alim    Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək M.Sadıqovun əqidə manifestidir
Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də tanlnmış iqtisadçı-alim, dəyərli insan, ləyaqətli eloğlu, cəfakeş vətəndaş, bacarıqlı rəhbər Mirdaməd Sadıqovdur.
Xeyirxah insan və görkəmli alim
Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək M.Sadıqovun əqidə manifestidir
Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də tanlnmış iqtisadçı-alim, dəyərli insan, ləyaqətli eloğlu, cəfakeş vətəndaş, bacarıqlı rəhbər Mirdaməd Sadıqovdur.

Ömürnaməsindən:

İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakütəsinin maliyyə ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. M.Sadıqov elə həmin ildə institutun Maliyyə-kredit kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referent, 1972-ci ildən 1977-ci ilə qədər laborant və baş laborant vəzifəsinə təyin edilib.
O, indiyədək müxtəlif vəzifələrdə çalışıb. Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildə Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev – İqtisadi İdarəetmə Məktəbi”nin icraçı direktoru olub. 1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib. M.Sadıqov 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.
2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi”nin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
M.Sadıqov prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin fevral ayının 14-dən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Ailəlidir, 4 övladı var.

Mirdaməd müəllim haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin rəhbər işçiyə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməyir, yaraya köz basmır. Mirdaməd müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.
Söhbət İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan gedir. O Mirdaməd Sadıqov ki, sözünün qədir-qiymətini bilir. O Mirdaməd Sadıqov ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Mirdaməd Sadıqov ki, sözünün ağasıdır. O Mirdaməd Sadıqov ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Mirdaməd müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır.

Yaxşılıq M.Sadıqovun əqidə manifestidir

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ziyalıdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir.
Həqiqətən M.Sadıqov sadə, təbii bir insandır. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Г‡ünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.
Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Г‡in şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.
Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Xeyirxah insan və görkəmli alim
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, o itən deyil.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.
Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.
Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.
Bu misalı çəkəndə də Mirdaməd müəllimin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək M.Sadıqovun əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Mirdaməd müəllim, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Professor Mirdaməd Sadıqovun fəaliyyətinin ali məqamı

Mirdaməd Sadıqov kimi insanlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar… Mirdaməd müəllim də bax beləcə ömür sürmüş alim, ziyalıdır. İcra hakimiyyətinin başçısı olmasına baxmayaraq, o, hədisz dərəcədə alicənab, təvazökar, müdrik insandır, özünü həyatda həddən artıq sadə aparır.
Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Professor Mirdaməd Sadıqovun elmi və pedaqoji, həyati fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.
Mirdaməd müəllimin bir alim kimi irsini – kitabları və elmi-pedaqoji fəaliyyətini bir qəzet məqaləsində əhatə edə bilmərik. Lakin elmi ideyaları bilavasitə praktikaya tətbiq edən alim xalqının tarixində özünə məxsus bir yer tutur.
Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Mirdaməd müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Mirdaməd müəllimin etdiyi yaxşılıqlar, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Xalqxeber.Az saytının verdiyi bir yazı bu yaxınlarda böyük marağıma səbəb oldu. Bu yazıdakı əsas fikirlərin üstündən sükutla keçmək insafsızlıq olardı. Gəlin bir daha bu fikirlərlə tanış olaq:
–¦ Yeganə icra başçısıdır ki, bu posta biznesdən, polis həyatından, məmur nomenklaturasından deyil, elmdən gəlib. Bəlkə də yanılırıq, amma o bizim bildiyimiz yeganə alim icra başçısıdır–¦
–¦ Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu postda olmasını istəyiblər–¦
–¦ Yeganə icra başçısıdır ki, od-alova dönən bir rayona rəhbər təyin olunub və qısa zaman kəsiyində bu odu nüfuzuyla yatırda bilib–¦
–¦ Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox, daha üstün sayğı ilə “Ağa”, “Müəllim” deməsi də burdan qaynaqlanır.
–¦ Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də–¦
–¦ Və nəhayət sonda Azərbaycan üçün şok olacaq fakt: Yeganə icra başçısıdır ki, kirayədə yaşayır! İstəyirsiz inanın, istəyirsiz yox, amma bu belədir!–¦

Təkrarsız Mirdaməd müəllim

Mirdaməd müəllim həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Mirdaməd müəllim saf əqidəsi və məsləki olan ziyalıdır. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib.
O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş alim-ziyalıdır.
Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Mirdaməd müəllimə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Mirdaməd müəllimdir! Mirdaməd müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.
Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Mirdaməd müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. Müdrik el ağsaqqalının nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!
Yenə həmin saytdakı həmin yazıdan bir sitat: “Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda icra başçısı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi icra başçısını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümün vicdan borcu saydıq. Bu gün icra başçılarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma–¦ Amması bu ki, Mirdaməd Sadıqov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən KİŞİlərdəndir
M.Sadıqov icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O, sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Г‡ünki Mirdaməd müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurdan üstündür. O, bir ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi lider olaraq İsmayıllıya təyinat aldı. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü–¦”.

Müdrikliklə əməksevər mühitin yaradıcısı

Mirdaməd müəllim el-obanın ehtiyacı olan ağsaqqaldır. 2013-cü ildə məhz bu ehtiyacı duyub İsmayıllıya gəldi və camaatı o istirablardan qurtarmağa, boyunduruqlardan xilas etməyə çalışdı. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə ağsaqqallığını nümayiş etdirdi. O, ağsaqqallıq zirvəsində uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb.
Qürurverici haldır ki, bəşəriyyətə neçə-neçə dahilər bəxş edən qədim Cavanşir yurdunda bu gün müdrikliklə əməksevər bir mühit yaradılıb. Г‡ünki həyatımızın bütün sahələrində tam mənası ilə hiss etdiyimiz, gördüyümüz uğurlar məhz gərgin zəhmətin əməli nəticələridir. Belə bir cəmiyyətin formalaşdırılması bugünkü möhtəşəm inkişafın əzmlə davam etdirilməsinə, əldə edilən uğurların qorunub saxlanılmasına xidmət edir. Əlbəttə, bu gün formalaşdırılan zəhmətkeş cəmiyyətdən gələcək nəsil də öz nəsibini alacaq və İsmayıllı dünya durduqca yer üzündə daim Odlar yurdu hesab edilən Azərbaycanımızın başını uca etmək kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcək. Və gələcək nəsil sahib olduğu yüksək insani keyfiyyətlərə görə, əldə edəcəyi uğurların təməlində bu gün qazanılan nailiyyətlərin və formalaşdırılan əməksevər cəmiyyətin dayandığını bilərək sələflərinə minnətdar olacaq. Bu minnətdarlıqdan müasirimiz olan Mirdaməd Sadıqova da böyük pay düşür.
Daşdəmir ƏJDƏROДћLU
Fotolar Şahməmməd Dağlaroğlunundur

Şərh Yaz