Yaddas kitabcasi

Aktual mövzuda tədbir

Aktual mövzuda tədbir                   İyul ayının 7-də İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması” adlı layihəsi əsasında treninq keçirilib.
Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Vətəndaş Cəmiyyəti Uğurunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndələri, KTİ-nin əməkdaşları və sahibkarlar iştirak edib.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndəsi Kərim İsmayılov çıxış edərək, lahiyənin əsas məqsədinin regionlarda yaşayan gənclərin müxtəlif peşələr üzrə bilik və bacarıqlarının artırılmasında, onlara uğurlu karyera yolunda dəstək göstərməyin vacib olduğunu qeyd edib. Kifayət qədər aktual olan tədbirin ikinci hissəsində gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması yollarından iştirakçılara geniş məlumat verilib. İştirakçılarla təlimçilər arasında işgüzar dialoq formasında tədbir davam etdirilib.
Ə.Abbasova,
Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı

Şərh Yaz