İsmayıllı şəhərində Prezident təqaüdçülərinin konserti keçirilib

İsmayıllı şəhərində Prezident təqaüdçülərinin konserti keçirilibİstedadlı gənclərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qayğı və diqqət göstərilir, onların yaradıcılıq potensialının inkişafı üçün lazımi şərait yaradılır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Prezidentin aylıq təqaüdünə layiq görülüblər. Prezident təqaüdçüləri olan gənc musiqiçilərin Respublikada tanınması və gənc nəsildə bədii zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi onların bölgələrdə konsertlərini təşkil edib. 30 iyun 2017-ci il tarixdə ismayıllılar belə bir konsertin dinləyicisi olublar.
Rayon Mədəniyyət Mərkəzinin akt zalına konsert proqramını dinləmək üçün 300-ə yaxın dinləyici toplaşıb.
Konsert proqramından əvvəl İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov giriş nitqi söyləyib, rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyi adından salona toplaşanları salamlayıb, gənclərə dövlət qayğısı barədə danışıb.
Sonra tədbir konsert proqamı ilə davam etdirilib. Prezident təqaüdçüləri Vüsalə Babayevanın, Minirə Nəcəfzadənin (fortopiano), Şəms Ağazadənin, Zərrin Əliyevanın (violin), Orxan Hüseynovun (violonçel), Mircavid Cəfərovun (tar), Mədinə Şahgəldiyevanın, Mahir Hacıyevin (kamança), Aygül Həsənovanın (kanon), Nicat Məsimovun (balaban), Г‡inarə Əzimovanın (vokal, violin), gənc xanəndə Murad İbrahimovun ifaları alqışlarla qarşılanıb.
Rayon rəhbərliyi tərəfindən belə bir konsertin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub, gənc ifaçılara yaradıcılıq uğurları arzulanıb.

Şərh Yaz