Gerçəkləşən arzular insana qol-qanad verir

Gerçəkləşən arzular insana qol-qanad verir       Sevinc bölüşmək hamımıza rahatlıq bəxş edən haldır. Hər kəs çəkdiyi zəhmətin faydalı nəticəsini görmək, işinin uğurlu alınması niyyət və istəklərinin həyata keçməsi arzusunda olur. Gerçəkləşən arzular isə insana qol-qanad verməklə onu daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Bir neçə gün əvvəl İsmayıllı şəhər sakini Navahi Xəlilov sevincini oxucularımızla bölüşmək məqsədi ilə redaksiyamıza təşrif buyurmuşdu.
O, bizə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun imzaladığı minnətdarlıq məktubunu təqdim etdi.
Sevinc bölüşmək hamımıza rahatlıq bəxş edən haldır. Hər kəs çəkdiyi zəhmətin faydalı nəticəsini görmək, işinin uğurlu alınması niyyət və istəklərinin həyata keçməsi arzusunda olur. Gerçəkləşən arzular isə insana qol-qanad verməklə onu daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Bir neçə gün əvvəl İsmayıllı şəhər sakini Navahi Xəlilov sevincini oxucularımızla bölüşmək məqsədi ilə redaksiyamıza təşrif buyurmuşdu.
O, bizə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun imzaladığı minnətdarlıq məktubunu təqdim etdi.
Məktubdan:
Hörmətli valideyn, Bakı Dövlət Universitetinin rektorluğu, bütün professor-müəllim heyəti adından və şəxsən öz adımdan Sizə – layiqli övlad yetirmiş bir insana dərin minnətdarlığımı bildirirəm.
Gerçəkləşən arzular insana qol-qanad verir       Sizin övladınız –“ Xəlil Namiq Navahi təhsil aldığı müddətdə özünü çox yetkin, vətənpərvər, bütün xüsusiyyətlərinə görə əsl universitet tələbəsi kimi göstərmişdir. Sizin ailədə yaratdığınız sağlam mühitin və verdiyiniz yüksək tərbiyənin, övladınızın istedadının nəticəsidir ki, regionun ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetini Fərqlənmə diplomu ilə bitirmişdir.
Bu münasibətlə Sizi təbrik edir, Sizə yüksək intellektual səviyyəli və müasir dünyagörüşlü övladı boya-başa çatdırdığınıza görə təşəkkürümü bildirir, gündən-günə çiçəklənən Respublikamızın daha xoşbəxt gələcəyi naminə övladınızla bağlı yeni sevinclər arzulayıram.
Valideynlə söhbətdən öyrəndik ki, Namiq 2012-ci ildə Qalagah kənd tam orta məktəbini bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin şərqsünaslıq fakültəsində regionşünaslıq –“ Yaponiya üzrə ixtisasa
yiyələnib. Bu il isə o, magistraturaya qəbul olunub. Hazırda beynəlxalq və iqtisadiyyat fakültəsində beynəlxalq münasibətlər və diplomatiya sahəsində əsaslı biliklərın əldə edilməsinə çalışır.
Azərbaycan-Yaponiya münasibətlərinin gündəlik inkişafı, Azərbaycanın İsmayıllı, Yaponiyanın İto şəhərləri arasındakı dostluq əlaqələrinin genişlənməsi göstərir ki, N.Xəlilin bir şərqşünas, diplomatiya sahəsinin mütəxəssisi kimi yetişməsi bu istiqamətdəki uğurlarımıza yaxşı mənada kifayət qədər meydan açacaqdır.
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti valideynlərinin zəhmətinə dəyər verən, üz ağardan, baş ucaldan, rayonumuzu onun hüdudlarından kənarda fədakarlıqla təmsil edən həmyerlimizin qazandığı uğurlara sevinir, onun daha yüksək nailiyyətlərə sahib olmasını arzulayır.
Ş.Soltanov

Şərh Yaz