Tarixin özündən qədim abidə – Cavanşir qalası

Tarixin özündən qədim abidə - Cavanşir qalası    Qədim keçmişimizdən bu günümüzə körpü salınmış hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. Hər zaman dövlətinə, xalqına, onun milli-mənəvi dəyərlərinə, abidələrinə xüsusi dəyər verən və milli mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi istiqamətində bütün növ lazımı tədbirlər görmüş ulu öndər Heydər Əliyev tariximiz barəsində deyirdi: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla –“ yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”. Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artırılmışdır.
Göstərilən diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycan gəncliyi tarixi abidələrin öyrənilməsinə, tanıdılmasına can atır. Bu məqsədlə də Qoruq və qalalarımıza tez-tez ekskursiyalar edilir, Xalqımızın şanlı tarixi gələcəyimiz olan gənclərə diktə etdirilir.
Tarixin özündən qədim abidə - Cavanşir qalası    Qədim keçmişimizdən bu günümüzə körpü salınmış hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. Hər zaman dövlətinə, xalqına, onun milli-mənəvi dəyərlərinə, abidələrinə xüsusi dəyər verən və milli mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi istiqamətində bütün növ lazımı tədbirlər görmüş ulu öndər Heydər Əliyev tariximiz barəsində deyirdi: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla –“ yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”. Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi diqqət mərkəzində saxlanılır.
Tarixin özündən qədim abidə - Cavanşir qalası    Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artırılmışdır.
Göstərilən diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycan gəncliyi tarixi abidələrin öyrənilməsinə, tanıdılmasına can atır. Bu məqsədlə də Qoruq və qalalarımıza tez-tez ekskursiyalar edilir, Xalqımızın şanlı tarixi gələcəyimiz olan gənclərə diktə etdirilir.
Belə unudulmaz ekskursiyalardan biri də iyun ayının 24-də Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması” proqramı çərçivəsində “Şahdağ Milli Parkı”na edilmiş səfərdir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələrinin də iştirak etdiyi tədbir Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən həyata keçirilən GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması” Tarixin özündən qədim abidə - Cavanşir qalası    proqramı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq və mühafizə etmək məqsədini daşıyır.
Qorunan və tanıdılmasına ehtiyac duyulan zəngin tarixi abidələrimizdən biri də əfsanəvi Cavanşir qalasıdır. Qalaya ekskursiya etdiyimiz zaman özümü sanki elə VII əsrdəki kimi hiss edirdim. Bu qalada bir ululuq, bir əzəmət var sanki. Möhtəşəm qala qapısından qala ərazisinə daxil olduqca xəyalımda qədim Albaniya dövlətini, bu qalanı inşa edən nəhəng əcdadlarımızı canlandırmağa çalışırdım. Dövrünün böyük sənətkarları olmuş alban ustalarının əl işlərini seyr etdikcə bu torpağın ən qədim zamanlardan bu günə qədər dünya tarixinə böyük tövhələr verdiyini düşünürdüm. Bir sözlə, sehrlə dolu bir aləmin ekskursiyası və ekskursiya zamanı aldığımız məlumatlar bir vətəndaş kimi həmişəlik yaddaşıma həkk olundu. Qala barəsində əldə etdiyim məlumatlardan bir hissəsini paylaşmaq qərarına gəldiyim üçün bu yazını yazdım. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyi tarixində alban hökmdarı Cavanşirin müstəsna xidmətləri olub. Dövrünün görkəmli dövlət xadimi və cəsur sərkərdə olan Cavanşir 642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət xadimi olduğu bir zamanda diplomatik və sərkərdəlik bacarığı ilə dövlətin müstəqilliyini qoruyub saxlamışdır. O, Mehranilər nəslindən olan Varaz Qriqorun (638-642) ailəsində dünyaya göz açıb. O, cəsurluğu ilə tez bir zamanda ad çıxarmışdı. Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran Cavanşir diplomatik bacarığı sahəsində siyasi gedişlər etməklə yanaşı, müdafiə tədbirləri görməklə də Albaniyanın müstəqilliyini qoruyub saxlayıb.
Məşhur sərkərdənin şərəfinə VII əsrdə İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında Cavanşir qalası ucaldılıb. Qala Talıstan kəndindən 4 kilometr şimalda, Ağ çayın sağ sahilindədir. Qaladan bir qədər aralı, qalaya gedən yolun üstündə səngər yeri adlı kiçik düzənlik vardır. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib. Qalanın ümumi sahəsi 1,5 –“ 2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da qala müdafiə xüsusiyyətini özündə saxlamışdır. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunmuşdur. Qalaya giriş yalnız cənub tərəfdən olmuşdur. Burada eni 2,5 metr olan darvaza yeri aydın görünür. Cənub divarlar daha möhkəm olmuşdur. Həmin hissədə qala divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 metr aralı daraqvari dişlər olmuşdur. Qala divarlarını möhkəmləndirmək məqsədilə bürclər tikilmişdir. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır. Onların bəzilərinin diametri 8 metrə çatır. Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası qala və narınqala adlanan iç qaladan ibarətdir. İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox dağıntıya məruz qalıb. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalıb. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə qalaya gələn yollar aydın görünür. Qalanın şimal-şərq tərəfində gizli yol olub. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verib. Gizli yol olan tərəfdən qalaya hücum üçün heç bir imkan yoxdur. Ümumilikdə qalanın müdafiəsi üçün ideal yer seçilib. Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün olmayıb. Edilən hücumların qarşısını da almaq üçün çox da böyük qüvvəyə ehtiyac yox idi. Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlayıb. Г‡ox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməyib. Qalada döyüş zamanından da hər hansı bir dağıntı izləri nəzərə çarpmır. Ümumilikdə sirlərlə dolu və insanı özünə bağlayan bir məkandır bu diyar.
Tariximizin acılı-şirinli səhifələrini, dağdan ağır yükünü, qələbəsini, sevincini, xalqımızın qəhrəmanlıq əzmini özündə əks etdirən hər bir daşımız, hər bir qarış torpağımız özü-özlüyündə tarixdir. 14 əsrlik tarixi sirləri qoruyub saxlayan Cavanşir qalasını və bu kimi digər abidələrimizi fərqləndirən əsas cəhət isə onun əcdadlarımızdan bizə gəlib çatan maddi və mənəvi bir sərvət olması, həmçinin də Cavanşir məkanı olmasıdır. Adam o qalanın hər daşına toxunduqca təsəvvür edir ki, bir vaxtlar bu daşlara əfsanəvi Cavanşirin əli dəyib, bura əcdadlarımızın məskəni olub. Yaşı çox qədim olan bu abidəni gördükcə nağıllar aləminə düşürsən. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir.
Elnarə Qasımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz