İnternet asılılığı

İnternet asılılığı    XXI əsrin insanını internetsiz təsəvvür etmək mümkün deyil. Zamanın bu yeniliyi həm də dünyada geniş yayılmış müasir problemdir. İnternet vasitəsilə hər gün müxtəlif informasiyalar qəbul edirik. Ölkədə və dünyada baş verən xəbərlərdən agah olur, hətta, hava haqqında məlumatı da öyrənirik. Ancaq elələri var ki, özlərini nəinki bir gün, bir saat belə internetsiz rahat hiss etmirlər. Bir saat internetsiz yaşaya bilmərəm, internetsiz gün mənim üçün dünyanın sonudur deyənlər də var. Bu cür insanlar internet asılılığı olanlardır. İnternetə alışanlar sutkanın yarıdan çox hissəsini onun önündə keçirirlər. Virtual həyata qapılıb, reallıqda olanları unudurlar.
İnternet asılılığı olanlar vaxtında yatmır, yəni, yuxu rejiminə riayət etmir, sağlamlıqları üçün təhlükə yaradır, gigiyenik cəhətdən təmizliklərinə fikir vermir, qidalanmağı belə unudurlar. Belə asılılıqdan uşaqlarda məktəbdən yayınma, yetkin insanlarda isə ailədə soyuqluq yaranır.
İnternetdən təbii ki, təkcə böyüklər yox, həm də uşaqlar istifadə edirlər. Müasir təhsil sistemində bilik mənbələri müxtəlif olduğundan, ev tapşırığının yerinə yetirilməsində, layihələrin hazırlanmasında internetdən istifadə edirlər. Bu internetin müsbət tərəfidir. Lakin bütün gününü kompyuter oyunları oynayaraq keçirən, məktəbdən uzaqlaşan uşaqlar da var. Belə uşaqlara valideynləri internetə qadağa qoyduqda, evdən küsən, qaçanlara da rast gəlinir.
Zəmanəmizdə internetə tamamilə qadağa qoymaq mümkün deyil. Psixoloqların sözlərinə görə uşaqlar üçün bir oturumda 15-30 dəqiqə vaxt yetərli hesab olunur. Uşaqların sağlamlığını qorumaq məqsədi ilə onları müəyyən vaxt çərçivəsinə alışdırmaq daha yaxşı olardı.
Yetkin insanlar üçün isə internetdən istifadə 45 dəqiqə nəzərdə tutulub. Son zamanlar internet asılılığı psixi xəstəliklər sırasına daxil edilmişdir. Hər şeyin yaxşı və pis tərəfləri olduğu kimi internetin də yaxşı və pis tərəfləri var. Г‡alışaq ki, əsrin bu yeniliyinin yaxşı tərəflərdən istifadə edək.
Zarema Əliyeva

Şərh Yaz