Təbrik

TəbrikCəfərov Sənan İlkin oğlu məktəblidir. O, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin 3-cü sinifində oxuyur. Dərs əlaçısı olmaqla bərabər həm də ümidverici idmançıdır. Cüdo üzrə keçirilən rayon birinciliklərində dəfələrlə fəxri kürsünün yüksək pilləsini tutub. İdmanda qazandığı birinciliklər onu həm də təhsil, elmi biliklərə yiyələnməyə sövq edir.TəbrikCəfərov Sənan İlkin oğlu məktəblidir. O, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin 3-cü sinifində oxuyur. Dərs əlaçısı olmaqla bərabər həm də ümidverici idmançıdır. Cüdo üzrə keçirilən rayon birinciliklərində dəfələrlə fəxri kürsünün yüksək pilləsini tutub. İdmanda qazandığı birinciliklər onu həm də təhsil, elmi biliklərə yiyələnməyə sövq edir.
Sənanın uğurlarına sevinən böyük xalası Şərqiyyə Balacanlı onu kiçik bir şeir parçası ilə təbrik edir:
Üçrəngli bayrağı uca tutursan,
Bayraqtək həmişə uca ol, Sənan.
Hər yerdə söz açsın uğurlarından
Doğman, əzizlərin, yurdun, el-oban.

Bu gün hamı sənə deyir afərin,
Sən ol Mübarizi gələn sabahın.
Sən ol qəhrəmanı böyük zəfərin,
Üstündə nəzəri böyük Allahın!!!
“İsmayıllı xəbərləri” də bu təbriklərə qoşulur.

Şərh Yaz