Müasir inkişaf tarixinin dönüş nöqtəsi

Müasir inkişaf tarixinin dönüş nöqtəsi       Azərbaycanda bir çox rəsmi və qeyri-rəsmi bayramlar qeyd olunur. Azərbaycanın dünənini görmüş, bugününü yaşayan və daha uğurlu sabahlarını görmək istəyənlər yaxşı bilirlər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən önəmli bayramlarından biridir. Bəli, 15 iyun tarixi olmasaydı, bugünkü müasir, qüdrətli Azərbaycan dövlətinin mövcudluğunu xəyala belə gətirmək mümkün olmazdı.
1993-cü ilin 15 iyun günü Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi oldu. Xalqın təkidli tələbləriylə iyunun 9-da Naxçıvandan Bakıya gələn ümummilli lider Heydər Əliyev 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Bununla da Ulu öndər qısa zaman kəsiyində ölkəni yalnız sözdə deyil, iqtisadi, siyasi, hərbi sahədə müstəqil dövlətə, Qafqazda ən inkişaf etmiş və ən stabil məkana, dünyada etnik separatizmin hökm sürdüyü bir dövrdə din, dil, irq ayrımı olmadan bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşadığı bir diyara çevirdi.
Ümummilli lider ilk növbədə ölkədaxili sabitliyi bərpa etdi. Xarici müdaxilələr, daxildə müxtəlif qrupların hakimiyyət iddiaları, iqtisadi əlaqələrin qırılması nəticəsində ticarət dövriyyəsinin səviyyəsinin xeyli aşağı düşməsi, əhalinin güzəranının getdikcə pisləşməsi və ən əsası cəbhədə işğalçı erməniВ¬lərlə davam edən müharibə Azərbaycanın müstəqilВ¬liyini təhlükə altında qoymuşdu. Xalqın gücünə arxalanan Ulu öndər daxili narazılıqları şəxsi nüfuzu, yüksək idarəçilik qabiliyyətindən irəli gələn bacarığı hesabına həll etdi və xalqın birliyinə nail oldu. Onun daxildə yaratdığı sabitlik, ictimai-siyasi asayişin bərpası ordu quruculuğunda da özünü göstərdi. Heydər Əliyevin çağırışına qoşulan yüzlərlə zabit və hərbçilər vətənin müdafiəsinə qalxdı. Heydər Əliyevin yüksək sərkərdəlik qabiliyyəti hesabına Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin cənub istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Ermənistan və havadarlarının məğlubiyyəti onları atəşkəsə dair müqaviləni imzalamağa məcbur etdi.
Azərbaycan 150 ildən artıqdır dünyada nefti ilə tanınsa da xalqımız bu sərvətindən yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bəhrələnə bildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlaВ¬nan neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müasir inkişaf tarixinin dönüş nöqtəsi       Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Heydər Əliyev deyirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məqsədyönlü xarici və daxili siyasəti nəticəsində iqtisadi tənəzzül dayandırıldı. RespubВ¬likada sabitlik proqramının fəal surətdə inkişaf etdirilməsi, struktur və sahə islahatlarının aparılması, Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün zəruri tədbirlər görülməsi sürətləndirildi. Nəticədə müstəВ¬qilliyin ilk illərini dərinləşən sosial-iqtisadi böhran vəziyyətində yaşayan Azərbaycan Respublikasında 1995-ci ildə beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alındı və sabit inkişaf istiqaВ¬mətində dönüşün yaranmasına nail olundu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sağlam dayaqlar üzərində qurulan sürətli inkişafın Azərbaycan modeli tezliklə bütün sahələr üzrə ölkəmizin tərəqqisinə imkan yaratdı. Aqrar sahədə aparılan islahatlar, torpaqların kəndlilərə qaytarılaraq onlara verilən dövlət dəstəyi hesabına kənd təsərrüfatının dirçəldilməsi istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycan-çılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideoВ¬logiyanın əsası qoyuldu. Ulu öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkiВ¬şafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyВ¬yatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr oldu.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruВ¬culuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Dahi rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu. Bir sözlə, Ulu öndər ömrünü həsr etdiyi xalqının ən böyük sərvəti olan müstəqil Azərbaycan dövlətini sözdən əməli işə çevirərək yenidən yaratdı və bu müstəqilliyin daimi olması üçün bütün zəruri addımları atdı.
1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Neçə-neçə unudulВ¬muş mədəniyyət xadiminin yubileyləri keçirildi.
Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə “Füzuli ensiklopediyası”nın hazırlanması və nəşr edilməsi haqqında sərəncamı, 1999-cu il mayın 15-də isə Azərbaycan xalqının qədim tarix və mədəniyyət qaynaqlarından olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzalaması da onun elmə və mədəniyyətə verdiyi yüksək qiymətin təcəssümüdür.
Ölkədən uzaq düşən, xaricə üz tutan alimlərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışınВ¬dan sonra tədricən geri qayıtmağa başladılar. Elmlər akadeВ¬miyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi. Ulu öndərin ilk görüşlərinВ¬dən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının ElmВ¬lər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin söylədiklərinin bizcə, heç bir şərhə ehtiyacı yoxВ¬dur. “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Həmin vaxt deyilmiş bu sözlər elm və təhsilin inkişaf xəttini müəyyənləşdirdi və Heydər Əliyev çətin şəraitdə yaşayan dövlətdə təhsil islahatlarının başlanğıcını qoydu. Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi – latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifВ¬bası ilə bağlıdır” – tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapdı.
İstedadlı gənclərin təhsilə marağını daha da artırВ¬maq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Azərbaycan Milli Məclisinin 1997-ci ilin 27 iyununda verdiyi qərarda deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edilВ¬diyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qaВ¬zanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
24-cü ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən yadda qalan hadisələrdən sayılır. Г‡ünki Qurtuluş Günündən keçən 24 il ərzində Azərbaycan çoxlarıВ¬nın xəyal edə bilməyəcəyi dərəcədə inkişaf edib, dünya birliyinin bir parçasına çevrilib. 1992-ci ildə Heydər Əliyev tərəfindən başlanılan bu siyasət 2003-cü ildən etibarən ümummilli liderin siyasi kurВ¬sunun layiqli davamçısı prezident İlham ƏliyeВ¬vin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bütün sahələrdə əldə olunan nailiyyətlər, ölkəmizin regionunun lider dövlətlərindən birinə çevrilməsi, dünya birliyində söz sahibi olması deyilənləri təsВ¬diqləyir. Məhz bu amilləri nəzərə alaraq bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır.
Ulu öndər siyasəti Azərbaycanın parlaq gələcəyi, inkişafının təminidir. Bu ideyalar sayəsində ölkəmiz bu gün dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilməkdədir.
Şahin Kərimov,
Hacıhətəmli kənd orta məktəbinin direktoru

Şərh Yaz