Yaddas kitabcasi

İnzibati ərazi dairəsində görüş-qəbullar

İnzibati ərazi dairəsində görüş-qəbullar      Bu əraziyə daxil olan Ağbulaq, Tubukənd, Qoşakənd və Gənzə kəndlərində əsasən Qərbi Azərbaycandan, Qarabağ və onun ətrafındakı rayonlardan zorla çıxarılmış soydaşlarımız, sürüşməyə məruz qalmış Varna kəndinən köçən sakinlər məskunlaşıblar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının timsalında onlar həmişə dövlət qayğısını hiss ediblər. Bu qayğı həmişə rayon rəhərliyinin prioritet vəzifələri sırasında saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun aid bütün xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə keçirdiyi növbəti görüş-qəbul da məhz deyilən məqsəddən irəli gəlirdi.
İyun ayının 13-də İƏD-in Qışakənd və Ağbulaq kəndlərində keçirilən görüş-qəbulda RİH-nin başçısı M.Sadıqov ilk növbədə görüşə gələnləri Milli Qurtuluş Günü münasibətilə təbrik edib, rayonun, Qoşakənd İƏD-in inkişafı ilə əlaqədar yeni layihələrdən, əhaliyə xidmət sahələrinin işinin daha da yaxşılaşması üçün görülən işlərdən və icrası nəzərdə tutulan tədbirlərdən, kənd təsərrüfatı sahəsindəki yeniliklərdən, özəl fəaliyyət üçün yaradılan səmərəli şəraitdən danışıb.
İnzibati ərazi dairəsində görüş-qəbullar      Mirdaməd Sadıqov giriş nitqindən sonra arzusu, təklifi, şikayəti olan hər bir kəsi səmimiyyətlə dinləyib, qaldırılan məsələlərin qanunauyğun həlli yollarını göstərib. Başçı sakinləri, torpağa bağlılığa, faydalı əməklə məşğulluğa dəvət edib.
Allahverdi Mehdiyev kəndə gələn yolun təmirini, Ziyəddin Mövlamov qəzalı elektrik dirəklərinin dəyişdirilməsini və məktəbin dam örtüyünün təmirinə köməklik göstərilməsini, Güldiyar Salmanov kəndə qaz xətti çəkilməsini və pay torpağının düzgün göstərilməsini, İkram Mirzəyev yüksək gərginlikli elektrik xətlərinin həyətyanı sahəsindən kənarlaşdırılmasını xahiş edib.
Ağbulaqda kəndarası yollara çınqıl döşənməsi, pay torpaqlarında dəqiqləşmə aparılması da xahişlər sırasında olub.
Hər iki yaşayış məntəqəsində sosial problemlərin eyniliyi diqqət çəkib. Г‡ıxışlarda olunan təklif və edilən hər bir xahiş diqqətlə dinlənilib. Həlli daxili imkanlar hesabına mümkün olan məsələlər yerindəcə konkret ünvana yönəldilib, icrası üçün vaxt verilib.
Ş. Soltanov

Şərh Yaz