Yaddas kitabcasi

Səmərəli fəaliyyətə görə təşəkkür

Səmərəli fəaliyyətə görə təşəkkür      Qalagah inzibati ərazi dairəsi üzrə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Xanbut Xanbutov uzun illər pedaqoji işdə çalışıb, ictimai təsərrüfata rəhbərlik edib, 20 ildən çox ərazi icra nümayəndəsi işləyib.
Rayon İcra Hakimiyyətinin başçısı onun xidmətlərini nəzərə alıb, yaş həddinin keçməsinə baxmayaraq daha üç il işləməyi məsləhət bilib.
Bu günlərdə Xanbut Xanbutov sağlamlığı ilə əlaqədar vəzifədən getməyi RİH-nin rəhbərliyindən xahiş edib. Ona müsbət cavab verilib.
17 may 2017-ci il tarixdə Qalagah icra nümayəndəliyində RİH-nin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi, RİH başçısının müavinləri, RİH-nin şöbə müdirləri, ağsaqqaların, kənd fəalları və ziyalılarının iştirakı ilə Xanbut Xanbutovun təqaüdə yola salınmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov Xanbut müəllimə uzun illər səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib, ona hədiyyə və təşəkkürnamə təqdim edib.
Xanbut Xanbutovla müxtəlif sahələrdə işləmiş Fərman Bəşirov, Vahid Əhmədov, Valeh Salehov, Valeh Məmmədov, Şahmalı Salmanov çıxış edərək insanlara belə yüksək qiymət verdiyinə görə Mirdaməd Sadıqova minnətdarlıq ediblər, nümunəvi dövlət qulluqçusu olduğuna, rəhbərlik etdiyi ərazidə əsil mənada insanların xidmətində durduğuna görə Xanbut müəllimə təşəkkürlərini bildiriblər.
Xanbut Xanbutov onun əməyinə, fəaliyyətinə, mövqeyinə verilən bu yüksək qiymətə görə RİH-nin başçısına, hər bir kənd sakininə minnətdarlıq edərək bildirib ki, bundan sonra da Qalagahın, İsmayıllının ictimai həyatında fəal iştirak edəcək.
Ehtiram Manafov

Şərh Yaz