Sevinc dolu anlar

 Sevinc dolu anlar    Həmin gün İsmayıllı şəhərindəki 5 nömrəli tam orta məktəbində əsl qələbəlik idi. Dalğa-dalğa yayılan şən musiqi sədaları, tədbirə gətirilən dəstə-dəstə, xoş ətirli güllər günün tədbirini daha da gözəlləşdirərək iştirakçılara əsl bayram sevinci, gözəl əhval ruhiyyə bəxş edirdi.
Budur, ondirincilər gül-çiçək səpilmiş meydana daxil olurlar. Alqış sədalarının ardınca Dövlət himni səslənir. Meydana Azərbaycan dövlətinin üçrəngli bayrağı gətirilir.
Məktəbin direktoru – “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş Elçin Məmmədov onbirinciləri, onları əvəzləyən birinciləri təbrik edir, onlara uğurlar arzulayır. Bildirir ki, son zəng məzunların həyatında unudulmaz anlardandır. Məktəb uğurlarını artırmaqda davam edir. Qısa müddətdə 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. Keçən il 50 nəfərdən çox məzunumuz tələbə adını qazanıb. Bir məzunumuz –“ Ağalətif Lətifov isə İsmayıllı təhsil tarixində ilk olaraq 700 bal toplayıb. O, Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqla Prezident təqaüdçüsüdür.
Builki imtahanların nəticələri göstərir ki, yenə də göstəricilərimiz yüksək olacaq.
 Sevinc dolu anlar
Həmin gün İsmayıllı şəhərindəki 5 nömrəli tam orta məktəbində əsl qələbəlik idi. Dalğa-dalğa yayılan şən musiqi sədaları, tədbirə gətirilən dəstə-dəstə, xoş ətirli güllər günün tədbirini daha da gözəlləşdirərək iştirakçılara əsl bayram sevinci, gözəl əhval ruhiyyə bəxş edirdi.
Budur, ondirincilər gül-çiçək səpilmiş meydana daxil olurlar. Alqış sədalarının ardınca Dövlət himni səslənir. Meydana Azərbaycan dövlətinin üçrəngli bayrağı gətirilir.
Məktəbin direktoru – “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş Elçin Məmmədov onbirinciləri, onları əvəzləyən birinciləri təbrik edir, onlara uğurlar arzulayır. Bildirir ki, son zəng məzunların həyatında unudulmaz anlardandır. Məktəb uğurlarını artırmaqda davam edir. Qısa müddətdə 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. Keçən il 50 nəfərdən çox məzunumuz tələbə adını qazanıb. Bir məzunumuz –“ Ağalətif Lətifov isə İsmayıllı təhsil tarixində ilk olaraq 700 bal toplayıb. O, Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqla Prezident təqaüdçüsüdür.
Builki imtahanların nəticələri göstərir ki, yenə də göstəricilərimiz yüksək olacaq.
 Sevinc dolu anlar    … Bu unudulmaz günün uzandıqca uzanmasını arzulayan, az sonra eşidəcəkləri son zəng həyəcanını bir an belə özlərindən uzaqlaşdıra bilməyən məzunlar elmin çətin yollarında ilk dəfə onların əlindən tutub yazı yazmağı öyrədən “İlk müəllim” adını iftixarla çəkdilər. Gözlərində, könüllərində ucalıqdan heç vaxt enməyəcək ibtidai sinif müəllimləri –“ Brilyant Salehov, Aynurə Musayeva, Yeganə Abbasova və Asiya Mirzəyeva ən şirin diləklərini birincilərə və onbirincilərə çatdırdılar.
Onbirincilər fənn müəllimlərinə minnətdarlıqlarını ifadə etdilər. Sonra məzunların sinif rəhbərləri Fatma Novruzova, Arzu Mustafayeva, Vüsalə Məmmədova mikrafon önünə dəvət olundular. Onlar yetirmələrinə hansı sənətə yiyələnmələrindən asılı olmayaraq, həyatda layiqli vətəndaş olmalarını arzuladılar.
Heydər Əliyev İdarəetmə Məktəbinin icraçı direktoru Fərman Bəşirov İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı Mirdaməd Sadıqovun və İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun adından məzunları təbrik etdilər, onlara xoş arzularını çatdırdılar. Bu sətirlərin müəllifi, təhsil veteranı Hacıməmməd Məmmədov da təbriklərə qoşuldu.
İl boyu doğma məktəbin şərəfini uca tutan, təhsildə, müxtəlif yarış və müsabiqələrdə nailiyyət qazanmış şagirdlərə – Gülşən Abdullayevaya, Büllur Yarıyevaya, Ayşən Məmmədliyə, Ruslan Məmmədova, Lalə Zeynalovaya, Amil Mustafayevə, Şamil Həmzəyə, Səbinə İbadlıya, Nigar Soltanovaya, Murad, Nüşabə Tarıverdiyevlərə, Aysu Əsədovaya, Şöhrət Cəfərova, Səbinə Məmmədovaya, Zəhra Haşımovaya, Rəsul Ağamalıyevə, Zəhra Mehdiyevaya, Ceyran Aydınovaya və Könül Həmidliyə Fəxri fərmanlar təqdim olundu.
Tədbirdə məktəb valideyn komitəsinin sədri Qalib Nəbiyev çıxış etdi, övladının da məzunlar sırasında olmasından qürur və həyəcan duyduğunu bildirdi, məzunlara uğurlar dilədi.
Təqaüddə olan müəllim Sənəm Məmmədova nəvəsinin məzun olmasından xüsusi sevinc yaşamasını vurğuladı. Məzunlara, birincilərə nailiyyət dolu gələcək arzuladı, müəllimlərə minnətdarlıq etdi.
“Məktəb illəri” mahnısının kövrəldici sədaları altında son zəng çalındı. Oynaq musiqi hamını meydana çəkdi. Məktəblilər rəqs edib, mahnılar oxudular. Birincilərin şəhər 5 nömrəli tam orta məktəbinə gəldiyi ilk gündə məzunlar müstəqil həyata qədəm qoydular.
Hacıməmməd Məmmədov

Şərh Yaz