El ağsaqqalı Bilal dayıya həsr olunmuş kitab

El ağsaqqalı Bilal dayıya həsr olunmuş kitab
Adlarını qeyd etmək fikrində deyiləm. Kimisə unudacağımdan ehtiyat etmək səbəbindən qeyri-müəyyənliyə üstünlük verirəm. 90-cı illərə qədər rayonda bir qrup ağsaqqal vardı ki, onlara yaşlılar “Kişi”, cavanlar “Dayı” deyərdilər. Xarakterlərinə görə yaşıdları da bəzən “Dayı” deyə müraciət edərdilər.
Onlardan biri – Respublikada tanınmış təsərrüfat rəhbəri, Allah adamı, dövlət adamı, qayğıkeş, həmişə haqqın-ədalətin yanında olmuş, Talıstanı inkişaf etdirən, hərtərəfli qabaqcıllar sırasına çıxarmış Mahmudov Bilal Süleyman oğlu idi.
Təfsilata varmadan əsas məqsədimi dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim. Bilal Mahmudovun həyat və fəaliyyətinə həsr olunmuş “El ağsaqqalı Bilal dayı” adlı kitab buraxılıb. Layihənin rəhbəri və əsas müəllif B.Mahmudovun oğlu, iqtisad elmləri namizədi Məhəmmədəli Süleymanov, redaktoru nəvəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlıdır.
Əsas müəllif atası haqqında xatirələrini müşayiətedici şəkillərlə yazmaqla həm də Talıstanın tarixinin müəyyən bir mərhələsinin təhlilini verib, şəcərəsinin dünəni və bu günü barədə müfəssəl məlumatı kitaba daxil edib. Kitabı oxuyanlar bu çap məhsulu vasitəsilə Bilal Süleyman oğlunun kəndi, özü, dostları, məsləkdaşları, nəsil davamçıları ilə yaxından tanış olacaqlar.
Bunu nəzərə alıb qısa məlumatla kifayətlənirəm. Kitabı alanda görəcəksiniz ki, çox nəfis formada, yüksək keyfiyyətlə çap olunub. Oxuyanda səmimi, ehtiramlı xatirələrdə ilk növbədə Bilal dayını, sonra da müəllifləri yaxşı görəcəksiniz. Г‡alışacaqsınız ki, tanımadığınız xatirə müəllifləri ilə tanış olasınız.
Valeh Salehov

Şərh Yaz