Təhlükəsiz və möhkəm icmalar

Təhlükəsiz və möhkəm icmalar    İsmayıllı rayonunda Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi həyata keçirilib.
Sözügedən layihə İsmayıllı rayonunun Təzəkənd kənd tam orta məktəbində rayonun Mülki Müdafiə Planına uyğun keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, FHK-nın, Avstriya və Gürcüstan Qızıl Xaç Cəmiyyətlərinin əməkdaşları iştirak ediblər.
Təhlükəsiz və möhkəm icmalar    Təzəkənd kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə keçirilən təlim izləyicilər tərəfindən maraqla qarşılınıb. Layihə əsasında şagirdlər fövqəladə hallar zamanı müdafiə olunmağın, təşvişə düşmədən çətin vəziyyətlərdən çıxmağın yollarını öyrəniblər.
Həmçinin keçirilən layihə çərçivəsində rayonun Diyallı, Təzəkənd, Kürdmaşı, Tircan kəndlərində Kənd İcma Qrupları yaradılmışdır. Həmin qruplara “Fəlakət riskinin azaldılması” barəsində təlim, icmaların iştirakı ilə “İmkanlılığın və imkansızlığın qiymətləndirilməsi” həyata keçirilib və ondan istifadə qaydaları barəsində ətraflı məlumat verilib.
Sonda təlimlərdə iştirak edən könüllülər Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hədiyyələr və Fəxri fərmanlarla mükafatlandırılıblar.
Rəfiqə Əsgərova

Şərh Yaz