Leysan yağışı, dolu və güclü külək

Leysan yağışı, dolu və güclü külək    21 may 2017-ci il tarixdə saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində, eləcə də ətraf kəndlərdə güclü yağış və dolu ilə müşayət olunan qısamüddətli qasırğa hadisəsi baş verib.
Qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv-luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına –“ bağlara, əkin sahələrinə, yaşayış evlərinə və köməkçi binalara xeyli ziyan dəyib.
Şəhərin ərazisində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin, İsmayıllı bələdiyyəsinin, 8 ümümi yaşayış binasının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşması, güclü küləyin təsiri nəticəsində çoxsaylı ciddi narahatlıqların yarandığı qeydə alınıb. 1 avtomobilin üzərinə ağac aşıb.
Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına onlarla vətəndaş müraciət edib.
Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatında yaratdığı problemlər dərhal aradan qaldırılıb. Təbiətin şıltaqlığından sonra vətəndaşlara dəyən zərərin miqdarı hesablanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz