İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

2017-ci il aprelin 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 9558 nəfər olmuş, onlardan 5935 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3623 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 30,5 faizi təhsil, 26,6 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 5,3 faizi sənaye, 8,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3,0 faizi tikinti, 0,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,1 faizi informasiya və rabitə, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 8,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,2 faizi maliyyə və sığorta fəaliyyəti, 6,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2017-ci ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 266,3 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təСЃhizatı, informasiya və rabitə, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, təhsil sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Allahverdi Mirzəyev,
İsmayıllı Rayon Statistika İdarəsinin məsləhətçisi

Şərh Yaz