Zərərli vərdişlərə yox deyək

Zərərli vərdişlərə yox deyək25 may 2017-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə Şagird Özünüidarəetmə Orqanı tərəfindən hazırlanmış “Zərərli vərdişlərə yox deyək” adlı Dəyirmi masa keçirilib. Dəyirmi masada İsmayıllı rayon İcra Hakimiyyəti aparatının Hüquq Şöbəsinin müdiri Pakizə Abbasova, şöbənin aparıcı məsləhətçisi Rasim Hüseynov, Humanitar Şöbənin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, aparıcı məsləhətçi Bəhruz Xələfov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Şəfaqət Rəsulov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayon Polis Şöbəsindən yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə baş inspektor Rahim Orucov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, məktəb rəhbərliyi müəllimlər və fəal şagirdlər iştirak ediblər. İlk olaraq şagirdlərin hazırladıqları narkomaniya, alkoqol, siqaret və kompyuterdən çox istifadənin yaratdığı fəsadlar haqqında təqdimatlar edilib. Sonra gələn qonaqlar mövzu ətrafında öz fikirlərini bölüşdülər və şagirdlərin suallarını cavablandırıblar. Belə bir mövzunun məhz şagirdlər tərəfindən qabardılması daha təsir edici və tərbiyəvi cəhətdən daha effektiv olduğu qonaqlar tərəfində bir daha vurğulanıb.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərimizi bu zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlara çıxış yolu göstərməkdir.
Göyçək Ağayeva,
məktəbin müəllimi

Şərh Yaz