Diyallıda elmi-praktik konfrans keçirildi

Diyallıda elmi-praktik konfrans keçirildiİsmayıllı rayonunun Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində “Yeni informasiya texnologiyalarının tədrisə tətbiqində müəllimin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda İsmayıllı Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Rasim Orucov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Metodik Mərkəzin direktoru Hümbət Əsədov və RTŞ-nin metodistləri iştirak edirdilər.
Tədbirdə İsmayıllı şəhər 2 nömrəli, Talıstan, Təzəkənd, Tircan, Gəndov, Yeniyol, Keyvəndi, Qaraqaya, Şəbyan, Topçu, Qoşakənd, Minkə kənd məktəblərindən müxtəlif fənn müəllimləri iştirak edirdi.
Əvvəlcə qonaqlar məktəbin foyesində təşkil edilmiş tarix-diyarşünaslıq muzeyinin ekspanatlarına, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Qonaqlar üçün məktəb kiçik akademiyasının hazırladığı “Təbiət muzeyi” də diqqəti cəlb edən sərgi oldu.
Sonra qonaqlar konfransın gündəliyinə salınmış 10 sinifdə keçirilən açıq dərsləri dinlədilər. Dinlənilən dərslərdə əsas təhsil obyekti fənn müəllimlərinin tədris zamanı yeni informasiya texnologiyalarının tədrisə tətbiqi bacarığını nümayiş etdirmək idi. Açıq dərslərin təhlili zamanı informasiya texnologiyalarının, o cümlədən elektron lövhə, kompyuter və multimediya imkanlarından bacarıqla istifadə edən fənn müəllimlərinin – Diyallıda elmi-praktik konfrans keçirildiAzərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Səmədovanın, ingilis dili müəllimi Günay Rüstəmovanın, kimya-biologiya müəllimi Şəmsiyyə Əhmədovanın, Azərbaycan dili və ədəbiyyatı müəllimi Oqtay Fərzəliyevin bu sahədə bacarıqları xüsusi qeyd edildi. Açıq dərslərin təhlilindən sonra konfransın nəzəri hissəsi başladı.
Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqə sükutla yad edildi.
Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova “Yeni informasiya texnologiyalarının tədrisə tətbiqində müəllimin rolu” mövzusunda keçirilən elmi-praktik konfransı açıq elan etdi. Konfrans iştirakçıları Diyallı məktəbinin tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlara aid videoçarxa baxmağa dəvət edildilər. Sonra məruzə və çıxışlara yer verildi. Mövzu ilə bağlı RTŞ-nın metodisti Vəfa Ağayevanın məruzəsi dinlənildi. Məruzə ətrafında çıxışlar oldu. Diyallı kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini H.Qasımovun və “İKT-nin müasir təhsildə müəllim və şagirdlərin uğurlarının inkişafına əsas təsiri” mövzusunda Topçu kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi Aynurə Məmmədovanın çıxışları dinlənildi. Mövzu ilə bağlı fənn müəllimləri geniş diskusiyalar apardılar, fikir və mülahizələrini paylaşdılar .
Tədbirin sonunda A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya təqdim edildi. Şagirdlərin hazırladığı kompozisiya konfrans iştirakçılarının böyük marağına səbəb oldu.
VI sinif şagirdi Peyman İsmayılovun, VIII sinif şagirdi Jalə Nuriyevanın ifa etdiyi mahnılar, IV sinif şagirdi Əsmər Xəlilovanın ifasında şeir parçası konfrans iştirakçılarının xüsusi diqqətinə səbəb oldu və alqışlandı.
Diyallıda elmi-praktik konfrans keçirildiYekunda söz İsmayıllı RTŞ-nın müdiri R.Orucova verildi . O, elmi-praktik konfransın mövzusunu günün aktual mövsusu olduğunu, fənlərin keyfiyyətli tədrisində həlledici rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Diyallı kənd tam orta məktəbində olduğu kimi, rayonun əksər məktəblərində normal maddi texniki baza yaradılmış, fənn müəllimlərinin bu sahədə imkan və bacarıqlarını nümayiş etdirmək üçün hər cür şərait yaradılmışdır. O, bu sahədə keçirilən elmi-praktik konfransların mahiyyətini və əhəmiyyətini geniş qeyd etdi.
Tədbirin sonunda ATİAHİ-nin İsmayıllı RK-nin sədri H.Kərimova söz verildi. O, bu sahədə fərqlənən müəllimləri diplom və pul mükafatları ilə mükafatlandırdı.
H.Qasımov,
İsmayıllı rayonu A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini

Şərh Yaz