Vətənpərvərlik hissi məktəbə qədər də aşılanmalıdır

Vətənpərvərlik hissi məktəbə qədər də aşılanmalıdır    26 may 2017-ci il tarixində İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbdə ibtidai sinif müəllimi Ofeliya Məmmədovanın məktəbəqədər hazırlıq qrupunda “28 May – Respublika Günü” mövzusunda açıq dərsi keçirilib.
Məktəb rəhbərliyinin və fənn müəllimlərinin iştirak etdiyi dərs İKT-dən və kurikulum təlim metodlarından istifadə əsasında çox maraqlı alınıb. Dərsdə uşaqlar iki qrupa bölünərək, verilən tapşırıqları böyük həvəslə yerinə yetiriblər.
Əsgər marşının sədaları altında əlində bayraq otağa daxil olan şagirdin yoldaşları ilə bir yerdə nümayiş etdirdiyi bədii kompozisiya dərsi dinləyənlər üçün maraqlı motivasiyaya çevrilib. Sonda uşaqlar Vətən, xalq, milli bayramlar, əlamətdar günlər, milli ordu, tarixi şəxsiyyətlərimiz dövlətimizin milli atributları və digər mövzularda öz biliklərini nümayiş etdiriblər.
Bunun üçün onlar bütün dərs boyu verilən tapşırıqları yerinə yetirib “açar” qazandılar və “tilsimlənmiş qutular”ı açdılar.
E.Qasımova

Şərh Yaz