Tarixi gün şərəfinə yürüş

May ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngir bir aydır. Bu gözəl may günlərinin biri –“ Respublikamızın hər yerində təntənəli qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May – Respublika Günü –“ Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.
28 May – Respublika Günü münasibəti ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fiziki tərbiyə rəhbəri Seyran Abdullayev və hərbi rəhbər Ziya Əliyevin rəhbərliyi ilə, tələbələrin yürüşü təşkil edilib. Yürüşdə 50 nəfər tələbə iştirak edib. Yürüş zamanı tələbələr əllərindəki üçrəngli bayraqlarımızla hədəf seçilmiş zirvəyə qalxıblar. Yürüşün sonunda müəllimlər tələbələrə 28 May – Respublika Gününün tarixi əhəmiyəti barədə məlumat verərək Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olan insanların xatirəsini yad ediblər.
Elşən Həsənov

Şərh Yaz