Doğma şəhərin təmizliyi üçün

Doğma şəhərin təmizliyi üçün      İsmayıllıda Gənclər və İdman İdarəsinin təşkilatçılığı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, eləcə də İsmayıllı Peşə Tədris Mərkəzinin dəstəyi ilə iyun ayının 6-da “Təmiz şəhərdə yaşa” devizi altında sanitariya aksiyası keçirilib.
Təmizlik aksiyasında adı çəkilən təşkilatlardan 60 gənc iştirak edib. Gənclər üç qrupda İsmayıllı şəhərinin ayrı-ayrı ərazilərində – Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, Uşaq əyləncə mərkəzində və “Ana harayı” abidəsi ətrafında təmizlik işləri aparıblar.
Bölgələrdə turizm mövsümünün başlandığı bir vaxtda gənclər doğma şəhərin təmiz, gözəl və cəlbedici olması üçün xüsusi fəallıq nümayiş etdiriblər.
Ədalət Abbasov

Şərh Yaz