Əmək fəaliyyətinə başlamaq istəyənlərə dəstək

Əmək fəaliyyətinə başlamaq istəyənlərə dəstək    23 may 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqovun təşəbbüsü ilə Peşə Tədris mərkəzində əmək yarmarkası keçirilib. Yarmarkada İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin məzunları – müalicə işi, turizm və onun təşkili, aqrar (fermer) təsərrüfatının təşkili, taxıl və taxıl məhsullarının emalı texnologiyası, mühasibat uçotu, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə yüzdən çox tələbə iştirak edib.
Əmək yarmarkası işsizlərin, o cümlədən məzunlarımızın əmək bazarına inteqrasiyasını dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədini daşıyıb. Belə yarmarkaların təşkil olunması əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edib, mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat əldə ediblər.
Azad Şahalıyev

Şərh Yaz