“Qurtuluş” kuboku uğrunda futbol birinciliyi

“Qurtuluş” kuboku uğrunda futbol birinciliyi  İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluş” kuboku uğrunda idarə, müəssisə və təşkilatların futbol komandaları arasında yarış keçirilib.
İki gün davam edən yarışda 16 komanda iştirak edib. Finala Rayon Polis Şöbəsinin və “İsmayıllı-Tikinti 27”-nin komandaları çıxıb. Gərgin və maraqlı keçən oyunun nəticəsi olaraq İsmayıllı Rayon Polis Şöbəsinin komandası birinci olub və kuboka sahib çıxıb.
“İsmayıllı-Tikinti 27”-nin komandası ikinci yeri, Şamaxı Regional Mühafizə bölməsinin komandası isə üçüncü yeri tutub.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları və kubokları verilib.
X.Məmmədov

Şərh Yaz