Kontakt karate üzrə açıq rayon birinciliyi

Kontakt karate üzrə açıq rayon birinciliyi      28 May – Respublika Günü münasibətilə 21 may 2017-ci il tarixdə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin idman bazasında kontakt karate idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açıb, idmançıları və rayonumuzun qonaqlarını rayon İcra Hakimiyyəti adından salamlayıb. İdmana göstərilən dövlət qayğısını diqqətə çatdırıb. O, öz çıxışında həmçinin qeyd edib ki, bu kimi idman yarışlarının keçirilməsi, xüsusilə də əlamətdar günlərə həsr olunması gənclərin vətənpərvərlik hisslərinin artırılmasına, onların milli özünüdərkə yönəlik xarakter daşıyır.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səbuhi Əzizov da idmançıları salamlayıb. Azərbaycanın, o cümlədən İsmayıllının gündən-günə inkişaf edən idman həyatından bəhs edib. O həmçinin 28 May –“ Respublika Günü barədə idmançılara məlumat verib. Respublika Günü münasibətilə iştirakçıları təbrik edib.
Daha sonra İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Etibar Abdulov, İsmayıllı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Şəfaqət Rəsulov və Azərbaycan Kontakt Karate Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə çıxış edərək Şərqdə yaranan ilk müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində sürətli inkişafından və nailiyyətlərindən bəhs ediblər.
Sonda idmana göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə olunub.
Bakı şəhərindən 3 komanda, Göyçay və İsmayıllı karate komandaları arasında gərgin mübarizə şəraitində keçən yarışda 70 idmançı öz qüvvəsini sınayıb. Şəxsi birincilik uğrunda gedən mübarizədə qalib gələn idmançılar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
K.Bağırova

Şərh Yaz