Ulu öndərin doğum gününə həsr olunmuş bayram tədbiri

Azərbaycan xalqının xilaskarı, böyük türk dünyasının siyasi lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi respublikamızda, eləcə də onun hüdudlarından kənarda yüksək səviyyədə keçirilib.
Aprel ayından başlayaraq İsmayıllıda da dahi öndərin doğum günü silsilə tədbirlərlə qeyd olunub.
Ulu öndərin doğum gününə həsr olunmuş bayram tədbiri
Ulu öndərin doğum gününə həsr olunmuş bayram tədbiri
Ulu öndərin doğum gününə həsr olunmuş bayram tədbiri          May ayının 10-da ümummilli liderin doğum gününə həsr olunmuş geniş ümumrayon tədbirində əvvəlcə Ulu öndərin abidəsi ziyarət olunub. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ağsaqqallar, tələbə-gənclər, şagirdlər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra şəhərin Mərkəzi meydanında Ulu öndərin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib. “Kitab bayramı”na Ümummilli liderin həyatını, ictimai-siyasi fəaliyyətini, məruzə və nitqlərini əks etdirən çox sayda siyasi ədəbiyyat, satış-sərgi üçün nəzərdə tutulmuş dünya və Azərbaycan klassiklərinin, müasir yazıçıların əsərləri çıxarılıb. “Turizm bazarı”nda xalq sənətkarlıq nümunələri, Lahıc və Basqal ustalarının əl işləri nümayiş etdirilib. İsmayıllının sosial-iqtisadi inkişafını, turizm potensialını, dahi öndərin İsmayıllı haqqında söyləydiyi fikirləri əks etdirən plakatlar bayrama xüsusi bir məzmun verib.
Ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunmuş mahnılar, məktəblilər tərəfindən söylənən şeirləri bayram iştirakçıları maraqla qarşılayıb.
Bayram günündə rayonun bütün yaşayış məntəqələrini əhatə edən ağac əkini kampaniyası keçirilib.
Azər Bədəlov

Şərh Yaz