Növbəti təşəkkür məktubu

Г‡ox hörmətli Mirdaməd müəllim, sizin yüksək elminiz və dərin ziyanız sayəsində rayonumuzda ağsaqqala böyük hörmət və ehtiram ənənəsi yaşamaqdadır. Bu baxımdan mənə göstərilən diqqət və qayğını misal çəkə bilərəm. Şəxsinizə çox minnətdaram. Növbəti təşəkkür məktubu      Siz İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra rayonumuzda kifayət qədər quruculuq işləri aparılıb. Yeni parkların salınması, küçələrin asfalt örtüklə təmin edilməsi, yaşıllıq zolaqlarının artırılması sayəsində şəhərimiz günü-gündən gözəlləşməkdədir. Əvvəllər fasilələrlə istifadə etdiyimiz bir sıra kommunal xidmətlər artıq fasiləsiz və mükəmməl şəkildə sakinlərin ixtiyarındadır.
Mən 1958-ci ildən bu rayon mərkəzində yaşayıram. Həmin zamandan bu günə qədər heç bir rayon rəhbərinin, icra başçısının dövründə bu qədər tikinti-abadlıq işləri aparılmayıb. Görülən işlər göz önündədir, inkar edilməzdir. Haqqı danmaq olmaz. Sizin bir alim, bir icra başçısı olaraq gördüyünüz işlər, çəkdiyiniz zəhmət və bu zəhmətə uca Allahın köməkliyi nəticəsində sakinlərin böyük etimadını, sevgi və sayğısını qazanmısınız.
Allah hər zaman dayağınız olsun! Dualarımız sizinlədir.
Gülü Babayev,
İsmayıllı şəhər sakini

Şərh Yaz