Vergilərin ödənilməsi problemlərin həllinə zəmindir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq sakinlərin rəsmi qəbula gəlməsini gözləmir, özü onlarla görüşə gedir, səmimi şəraitdə qəbullar keçirir. Arzusu, təklifi, şikayəti olan hər bir vətəndaşı səbrlə dinləyir, problem kimi qaldırılan məsələlərin həlli vacib və mümkün olanlarını qanuni məcraya yönəldir.Vergilərin ödənilməsi problemlərin həllinə zəmindir
Vergilərin ödənilməsi problemlərin həllinə zəmindir              İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq sakinlərin rəsmi qəbula gəlməsini gözləmir, özü onlarla görüşə gedir, səmimi şəraitdə qəbullar keçirir. Arzusu, təklifi, şikayəti olan hər bir vətəndaşı səbrlə dinləyir, problem kimi qaldırılan məsələlərin həlli vacib və mümkün olanlarını qanuni məcraya yönəldir. Vergilərin ödənilməsi problemlərin həllinə zəmindir
Vergilərin ödənilməsi problemlərin həllinə zəmindir              27 aprel 2017-ci il tarixdə növbəti görüş-qəbul üçün məkan şəhərdəki 5 nömrəli tam orta məktəbin akt zalı seçilmişdi.
Qəbulu giriş nitqi ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. O, ərazidəki sosial, iqtisadi və xidmət problemlərindən ətraflı danışıb. Qeyd edib ki, hər şeydən əvvəl ərazidən keçən suvarma kanalı təmizlənməlidir. Bunun üçün kanalın mühafizə zolağına aid olan sahələr öz məqsədinə qaytarılmalıdır. Başçı bələdiyyə vergilərinin vaxtında ödənilməsini ərazidəki problemlərin həllində vacib hal kimi diqqətə çatdırıb. Bildirib ki, rayonun büdcəsi özünümaliyyələşmə əsasında formalaşır. Buna görə də vergilər ödənməli, sahibkarlıq fəaliyyəti gücləndirilməli, digər maliyyə mənbələri üzə çıxarılmalıdır.
İştirakçılar kanalüstü ərazidə elektrik dirəklərinin dəyişdirilməsi, Koroğlu küçəsində məişət tullantılarını yaxınlıqdakı dərəyə tökülməsi, Salatın Əsgərova və Soltan Mehdiyev küçələrində kanalın üstündəki körpülərin təmir olunması və genişləndirilməsi, 30 A kvartalında gündəlik tələbat kommunikasiyaları yaradılması, Natəvan küçəsindəki yaşayış binaları ətrafında zəbt olunmuş torpaq sahələrinin boşaldılması, magistral yoldan məktəbə keçiddə uşaqların təhlükəsizliyi məqsədilə nəqliyyatın hərəkəti tənzimlənməsi məsələlərinə diqqət yetirilməsini xahiş ediblər.
Qəbulda iş və sosial yardım təminatı ilə bağlı xahişlər də səslənib.
Sonda qaldırılan bütün məsələlərin qanun çərçivəsində həlli üçün aid strukturlara tapşırıq verilib, icraya məsul şəxslər müəyyənləşdirilib.
Ş.Soltanov

Şərh Yaz