Г‡ernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Aprel ayının 26-da Rayon Mədəniyyət Mərkəzində Г‡ernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.
Tədbiri RİH başçısının müavini Sevil Əhmədova açaraq Г‡ernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra bu qəzanın ləğvində iştirak etmiş, sağlamlığı zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzaladığını xüsusi olaraq vurğulayıb.
Г‡ernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib    Kamran Muradov, Aydın Əsədov, Məhərrəm Əhmədov, Məleykə Lətifova, Lətifə Əliyeva, Əlaləm Babayev və Г‡ernobıl əlili Nizami Hüseynov çıxış edərək Г‡ernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısından, onların pensiya və müavinətlərinin ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmasından, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməsindən danışıblar. Tədbirin sonunda Г‡ernobıl əlilləri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
RİH tərəfindən Г‡ernobıl əlillərinə maddi yardım edilib.
Nurlan Məlikov

Şərh Yaz