Maarifləndirmə davam edir

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər ictimai birliyinin həyata keçirdiyi “Reproduktiv sağlamlığın tədrisi” proqramı 2014-cü ilin oktyabr ayından başlayıb. Maarifləndirmə davam edir       Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq 2017-ci ilin yanvar ayından etibarən xüsusi maarifləndirmə proqramını Bakı və 35 regionun tam orta məktəbinin VI-VII sinif şagirdləri olan qızlar arasında tətbiq edilməyə başlanıb.
Təlimləri tədris edəcək müəllimlərin maarifləndirilməsi məqsədi ilə İsmayıllı və Ağsu rayonlarında da seminar keçirilib. Tədbirdə dərsləri tədris edəcək müəllimlərin mövzu ilə tanışlığı təmin edilib və təlimin gedişatı əyani olaraq göstərilib.
Seminar və dərslərdə qızlarla yanaşı, valideynlərin də iştirakı təmin edilir. Dərslərdə həmçinin məktəb psixoloqları və tibb personalı da iştirak edib.
Təlimin sonunda bütün qızlara mövzuya dair müvafiq maarifləndirici materiallar paylanııb.
Elnarə Günəş

Şərh Yaz