Doğum günü ilə əlaqədar ağacəkmə aksiyası

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi şərəfinə ümumrayon ağacəkmə aksiyası keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş ağacəkmə aksiyası bütün rayonu əhatə etmiş və İsmayıllı-Muğanlı, İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yollarının ətraflarında, kənd ərazilərində, məktəblərin həyətyanı sahələrində, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, yaşayış binalarının həyətlərində müxtəlif cinslərdən olan 10000-dən artıq ağac və gül kolu əkilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi şərəfinə ümumrayon ağacəkmə aksiyası keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş ağacəkmə aksiyası bütün rayonu əhatə etmiş və İsmayıllı-Muğanlı, İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yollarının ətraflarında, kənd ərazilərində, məktəblərin həyətyanı sahələrində, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, yaşayış binalarının həyətlərində müxtəlif cinslərdən olan 10000-dən artıq ağac və gül kolu əkilib. Tədbirdə 3500 nəfər iştirak edib. Ağaclara aqrotexniki qaydada qulluq edilməsi müvafiq təşkilatlara həvalə edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz