Öndərin xatirəsinə həsr olunmuş bilik yarışması

Hər il ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən insanlar tərəfindən dərin ehtiramla yad edilir və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərə rayonumuzun idarə, müəssisə, təşkilatları kimi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci də böyük həvəslə qoşulur. Tarixi və əlamətdar günlərdə respublika, rayon səviyyəli tədbirlərlə yanaşı, bir qayda olaraq kollecdaxili tədbirlər də keçirilir. Öndərin xatirəsinə həsr olunmuş bilik yarışması   Belə tədbirlərdən biri 22 aprel tarixində, Kollecdəki qruplar arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bilik yarışması oldu. Bu yarışmada mühasibat uçotu və aqrar ixtisaslar üzrə qruplar iştirak etdi.
Yarış öncəsi Ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumatlar tələbələrin diqqətinə çatdırıldı.
Yarışma komandalar arasında, 4 mərhələdə keçirildi və əyanilik məqsədi ilə müasir texnoloji avadanlıqlardan da istifadə olundu.
Bilik yarışının final mərhələsində Kollecin direktoru, dossent Kəmalə Süleymanlı və əyani şöbə müdiri Azad Şahalıyev də iştirak edirdilər. Qaliblər müəyyənləşdi. Kollecin direktoru K.Süleymanlı onları təbrik etdi, onlara Fəxri fərmanlar təqdim olundu, təhsildə və həyatda uğurlar arzulandı.
Yarışın təşkili işində Kollec müəllimlərindən bu sətirlərin müəllifi Ayaz Şahalıyevin, İbrahim Əhmədovun, Eldar Ağaməmmədovun əməyi yekunda təşəkkürə layiq görüldü..
Ayaz Şahalıyev

Şərh Yaz