Örnək olan ömürlər

26 aprel 2017-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kollecin müəllim və tələbə heyəti iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.Örnək olan ömürlər   Tədbiri açıq elan etmək üçün söz İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dossent Kəmalə Süleymanlıya verilib O, görkəmli alimin hər bir azərbaycanlıya örnək olacaq həyat və fəaliyyətindən bəhs edib. Daha sonra tələbələrin ifasında Zərifə xanımın əziz xatirəsinə həsr olunmuş mahnı və şeirlər səsləndirilib
Kollecin müəllimi, bu sətirlərin müəllifi Elşən Həsənov görkəmli alimin tibbə verdiyi tövhələrdən bəhs edib, traxomanın araşdırılmasında və profilaktik tədbirlərin gücləndirilməsindəki rolundan danışıb.
Ümumilli liderimiz Heydər Əliyevin baş qəhrəmanı olduğu, Zərifə xanıma həsr olunmuş “Əsl sevgi haqqında” film nümayiş olunub.
Sonra Kollecin direktoru Kəmalə Süleymanlı bir daha Zərifə xanımın insani keyfiyyətlərindən söz açıb və tələbələrimizə bu iki dünya şöhrətli insanın örnək olan həyatından yararlanmağı, özlərini Heydər Əliyev irsinin davamçıları kimi görməyi və fəaliyyət göstərməyi arzulayıb.
Tədbirin sonunda İDHTK-nin müəllim və tələbə heyəti ümumilli liderimiz Heydər Əliyev və Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və hər iki dahi şəxsiyyətə Allahdan rəhmət diləyiblər.
Elşən Həsənov

Şərh Yaz