Nəzəri biliklər təcrübədə möhkəmlənir

İsmayıllı Humanitar və Texnologiya Kollecində müxtəlif aqrar texnologiyalara aid ixtisaslar üzrə tələbələr təhsil alır. Bu ixtisaslara taxıl və taxıl məhsullarının saxlanması və emalı, ət və süd məhsullarının istehasalı, şərabın istehsal texnologiyası, aqrar (fermer) təsərrüfatın təşkili aiddir. Nəzəri biliklər təcrübədə möhkəmlənir    Tələbələr bu ixtisaslar üzrə nəzəri biliklərə təcrübəli müəllimlərin köməyi ilə yiyələnirlər. Biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə onlar kollec rəhbərliyi tərəfindən ixtisas profilinə uyğun obyekt və müəssisələrə təcrübə qazanmağa göndərilirlər. Qəbələ “Aqro kompleks” MMC belə müəssisələrdən biridir. Burada əməliyyatlar yüksək texnoloji əsaslarla həyata keçirilir. Müasir tələblərə uyğun süd sağımı aparatları, zəngin avadanlığa malik labaratoriya, qüvvəli yem sexi olmaqla burada yüksək ixtisaslı, təcrübəli mütəxəsislər çalişir. Tələbələrimiz müəssisənin ixtisaslı kadrlarından təcrübə qazanırlar.
Kollec rəhbərliyi, eləcə də kollektivimiz adından Qəbələ “Aqro kompleks” MMC-nin rəhbərliyinə və işçi personalına dərin təşəkkürümüzü bildiririk.
2016-cı ilin fevralında IV Qafqaz İqtisadi Forumunun İsmayıllıda keçirilən yığıncağının iştirakçısı oldum. Oraya dəvət olunmuş görkəmli alimlərin çıxışlarını dinlədim. Bu çıxışlardan belə bir nəticəyə gəldim ki, doğrudan da ekoloji təmiz məhsul istehsalı dövrün tələbidir. Ərzaq məhsulları istehsal edən hər bir insanın borcudur ki, bütün sanitar-gigiyenik tələblərə riayət etsin. Bu qaydalara riayət esək, insanların sağlamlıqlarının qorunmasında bilavasitə yardımçı olarıq.
Faiq Məmmədov

Şərh Yaz