Fobiya nədir

Fobiya latın dilində “fobos” sözündən əmələ gəlib, mənası “dəhşət, təhlükə” deməkdir. Yunan mifologiasında “dəhşət allahı” anlamındadır. İnsanlarda sevinc hissi kimi, qorxu hissi də var. Г‡ox vaxt insanlar qorxu və fobiya anlayışlarını qarışdırırlar. Qorxu –“ insanın hər hansı bir obyektdən çəkinməsi, orqanizmdə vegetativ dəyişikliklərə səbəb olan bir hissdir. Fobiya nədir   Fobiya latın dilində “fobos” sözündən əmələ gəlib, mənası “dəhşət, təhlükə” deməkdir. Yunan mifologiasında “dəhşət allahı” anlamındadır. İnsanlarda sevinc hissi kimi, qorxu hissi də var. Г‡ox vaxt insanlar qorxu və fobiya anlayışlarını qarışdırırlar. Qorxu –“ insanın hər hansı bir obyektdən çəkinməsi, orqanizmdə vegetativ dəyişikliklərə səbYəni qorxu zamanı insanda tərləmə, əzələlərdə gərginlik, mədədə narahatlıq, ürək döyüntüləri və s. kimi hallar baş verir. Qorxu zamanı insanın keçirdiyi hisslər müvəqqəti olur. Yəni o an baş verir və bitir, davamlı xarakter daşımır. Qorxu orqanizmin təhlükəyə qarşı verdiyi siqnaldır. Bir növ qorxu insan orqanizminin müdafiə mexanizmini işə salır. Bəzən insanları ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayır.
Əgər qorxu insan həyatında davamlı şəkil alarsa, onun gündəlik həyatında çətinliklər yaradırsa, uzun müddətli davam edərsə bu artıq fobiyadır. Fobiya qorxunun həddindən artıq olmasıdır –“ yüksək dozalı qorxudur.
İnsanlarda qəribə fobiyalar vardır. Bunlara misal olaraq pelidofobiya –“ keçəllərdən qorxma, allektrofobiya –“ toyuqlardan qorxma, triskaidefobiya –“ 13 rəqəmindən qorxma, fobofobiya –“ qorxmaq qorxusu, aqorafobiya –“ bazar, küçə, meydan, kino, teatr, tunel və sairədən qorxmaq. Fobiyalara kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Fobiyanın daha geniş yayılmış növləri aqrofobiya, spesifik fobiya və sosial fobiyadır.
Spesifik fobiya konkret bir obyektdən, varlıqdan, hansısa bir həşəratdan, ev heyvanından qorxmaqdır.
Sosial fobiya –“ müasir dövrümüzdə ən çox yayılmış fobiyanın növlərindən biridir. Sosial fobiya insanların başqalarının yanında alçalmaq, kiçilmək və utanmasına səbəb ola biləcək bir qorxudur. Sosial fobiyanın mərkəzində “başqaları nə deyər” fikri dayanır. Bu cür insanlar ictimai yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, öz fikirlərini ifadə etməkdən utanırlar. Belə insanlar bilik, bacarıq və potensial imkanlarını nümayiş etdirə bilmirlər.
Fobiya haqqında çox söz demək olar. Gəlin unutmayaq ki, körpəlikdə uşaqları öz istədiyimiz kimi idarə etmək üçün ”yeməyini ye, yoxsa səni “xoxan” aparar, başını qoy yat, “saqqalı kişi” səni aparar” kimi sözlərimizlə uşaqlarda gələcəkdə yarana biləcək fobiyaların əsasını qoymuş oluruq. Yəni zaman keçdikcə onların şüuraltına yeriməsi bütün həyatı boyu övladımıza mane ola bilər.
Zarema Əliyeva,
ADPU-nun filologiya fakültəsi, fransız dili ixtasısı

əb olan bir hissdir. Fobiya nədir

Şərh Yaz