“İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib

Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov giriş sözü ilə çıxış edərək kitab təqdimatının Cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı imzaladığı Sərancam çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq düzənləndiyi bildirib. “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib
“İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib          Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının elmi məziyyətləri barədə ətraflı müzakirələr aparılıb. Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, şərqşünas, professor İmamverdi Həmidov, AMEA- şərqşünaslıq institutu şöbə müdiri Fərda Əsədov, hüquq elmləri doktoru, professor Habil Qurbanov, BDU İlahiyyət fakültəsinin müəllimi, fəlsəfə doktoru Aqil Şirinov, AMEA-nın elmi işçisi Əli Fərhadov və AMEA Fəlsəfə institunun direktoru, professor İlham Məmmədov çıxış edərək “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının cəmiyyət üçün faydalı olacağından geniş söz açaraq maraqlı təkliflər səsləndiriblər. Г‡ıxışlarda qeyd edilib ki, “İslam: tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”ində kəlam, fəlsəfə, hədis, təfsir və digər islami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilib. Əsərin işlənməsində mötədillik prinsipi əsas götürülüb, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməyib.
Tədbirin sonunda kitabın tərtibçi müəllifləri, fəlsəfə elmləri doktoru Aydın Əlizadə və fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov çıxışçılara, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə və Dövlət müşaviri, akademik Kamal Abdullaya göstərdikləri dəstəyə görə dərin təşəkkürlərini bildiriblər.
Yadigar Məmmədli,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Şərh Yaz