Almaniyada “Heydər Əliyev – gənclik – multikulturalizm” mövzusunda beynəlxalq konfrans

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev – gənclik – multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb. Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans    Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev – gənclik – multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans öz işinə başlayıb. Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın Gənc Dostları Klubuna və Auqsburq Universitetinə bu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib və ölkəmizi sevən gəncləri yenidən bir arada görməyindən məmnunluğunu ifadə edib.
Г‡ıxışlarda qeyd olunub ki, Azərbaycanda multikultural harmoniyanın əsaslı şəkildə formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun gəncliklə və multikulturalizmlə bağlı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır.
Konfransda Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. R.Həsənov hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin Azərbaycanı dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını da diqqətə çatdırıb.
Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti

Şərh Yaz