Yaddas kitabcasi

Fəaliyyətə kafi qiymət verilib

27 aprel 2017-ci il tarixdə Kənd-Qida-İş Həmkarlar İttifaqı (KQİ Hİ) İsmayıllı rayon təşkilatının hesabat-seçki konfransı keçirilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən KQİ Hİ İsmayıllı Rayon Komitəsinin sədri Ağamahmud Məmmədov ötən dövr ərzində görülən işlər, problemlər və qarşıda duran məsələlər barədə geniş məlumat verib.Fəaliyyətə kafi qiymət verilib      O qeyd edib ki, hesabat dövründə xeyli dərəcədə məqsədyönlü iş görülüb. Üzvlərin say tərkibi artırılıb və ilk təşkilatlarda işin ahəngi nisbətən gücləndirilib. Yeni yaradılan fermer təsərrüfatlarında həmkarlar ittifaqı təşkilatının yaradılması işlərimizi xeyli dərəcədə canlandırıb. Bir sıra təşkilatlarda kollektiv müqavilələrin bağlanmasına əməl olunub. Bəzi sahibkarlar isə hələ də ilk həmkarlar təşkilatı yaratmaq işinə laqeyd yanaşırlar.
Yığıncaqda KQİ Hİ İsmayıllı Rayon Komitəsinin təftiş komissiyasının sədri Şahlar Pənahovun hesabatı dinlənilib.
Müzakirələrdə çıxış edənlər komitənin fəaliyyətinə kafi qiymət verib və bir sıra təkliflər irəli sürüblər. Kənd təsərrüfatında işləyən işçilərin tibbi sığorta olunmasının, fərdi fermer təsərrüfatlarının birləşib iri kooperasiyaların yaradılmasının vacibliyi də qeyd edilib.
Sonra təşkilati məsələyə baxılıb. Məmmədov Ağamehdi Hacıvəli oğlu yenidən komitənin sədri seçilib. Yığıncaqda Kənd-Qida-İş Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Vaqif Əliyev iştirak edib və qarşıdakı qurultaya nümayəndələr seçilib.
Elşən İsmayılov

Şərh Yaz