Atletlərimiz ölkə çempionu oldu

27 aprel 2017-ci il tarixdə Xaçmaz şəhərində Xaçmaz Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü idmançılar arasında Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə final yarışı keçirilib. Atletlərimiz ölkə çempionu oldu       4 zonada keçirilən yarışlarda I və II yerləri tutan 8 komandanın və respublika yarışlarında fərqlənən 40 idmançının dəvət aldığı final yarışı olduqca gərgin mübarizə şəraitində keçib.
Komandamız 81 balla I yeri tutdu. Oğuz idmançıları II, Mingəçevir şəhərinin yetirmələri III yerləri qazanıblar.
Beləliklə, İsmayıllı atletləri ölkə çempionu olublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz