Г‡alışqanlıq əzmi varsa…

Aqil Abdullayev şəhər 5 nömrəli tam orta məktəbinin III sinfində oxuyur. Dərs əlaçısı olmasını ötən dərs ilini müvəffəqiyyətlə bitirmə haqqında məktəb direktorunun verdiyi Tərifnamə də təsdiq edir. Aqil dərs əlaçısı olmaqla yanaşı, həm də idmanın şahmat növü ilə məşğuldur. Г‡alışqanlıq əzmi varsa...               2014-cü ildə “Təhsil” Respublika İdman Mərkəzinin Respublika birinciliyində, 6 yaşadək oğlanlar arasında o, Balakən şəhərində keçirilən yarışdan birinci yerin sahibi kimi qayıdıb.
Sonrakı yarışlarda da Aqil sözün həqiqi mənasında aqil olduğunu sübut edib, birinciliyi əldə saxlayıb. Qazandığı uğurlar onu daha yüksək nəaliyyətlər əldə etməyə sövq edir.
Aqil Abdullayev təhsil aldığı 5 nömrəli tam orta, eləcə də İsmayıllı Uşaq-gənclər şahmat məktəbində müəllim və şagirdlərinin sevimlisidir. Onun ən böyük arzularından biri yaxşı təhsil almaq və tanınmış şahmatçı olmaqdır. İnanırıq ki, çalışqanlıq əzmi hesabına o arzusuna çatacaqdır.
Aynurə Orucova,
məktəbin müəllimi

Şərh Yaz