Dahi şəxsiyyətin ruhu qarşısında xidmət

Həmyerlimiz Kamil Qafarov uğurlarını artırmaqda davam edir. O, 3-7 may tarixlərində Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş beynəlxalq yarışda, idmanın poverliftinq növü üzrə 90 kiloqram çəki dərəcəsində ustalıq nümayiş etdirərək 200 kiloqram nəticə ilə birinci yerə sahib olmuşdur. Dahi şəxsiyyətin ruhu qarşısında xidmət Kamil Qafarov çoxsaylı qələbələrindən fərqli olaraq bu qələbəyə daha çox sevinir. Bu qələbəni o, dahi şəxsiyyətin ruhu qarşısında xidmət kimi dəyərləndirir. K.Qafarovun uğurlarına sevinən idmançılar, eləcə də oxucularımızın adından onu təbrik edir, ona yorulmazlıq, yeni və daha yüksək nəaliyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz