Narkomaniya əsrin bəlasıdır

İsmayıllı Peşə Tədris Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə xarakterli seminar-müşavirə keçirilib.  Narkomaniya əsrin bəlasıdır   Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açıb və iştirakçıları salamlayıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev narkomaniya və onun fəsadları barədə geniş və dəqiq faktlarla çıxış edib.
“Narkomaniya – ölümə aparan qısa yol” sənədli filminə baxılıb.
Tədbirdə iştirak edən Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin müdiri Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Azad Şahalıyev, Mərkəzi Xəstəxananın həkimi Murad Həbibov, Rayon Polis Şöbəsinin Azyaşlılarla İş Şöbəsinin müdiri Rahim Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə İsmayıllı Şöbəsinin müdiri Elnur Mehdiyev və Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı rayon şöbəsinin rəis müavini Cavid Məmmədov çıxışlarında narkomaniyanın fəsadları barədə fikirlər səsləndiriblər. Natiqlərin hər biri narkotiklərin cəmiyyətin həyatında yaratdığı bəlaları müxtəlif aspektlərdən şərh ediblər.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayon gənclərinin narkomaniya və bu kimi bəlalarda uzaq olduğunu, gənclərimizin cəmiyyətin həyatında həlledici rolundan bəhs edib. Tədbirin keçirilməsində göstərdikləri köməkliyə görə rayon İcra Hakimiyyəti ilə yanaşı digər idarə və təşkilatların nümayəndələrinə təşəkkürünü bildirib.
Diskussiya şəraitində keçən seminar-müşavirədə gənclərin fikirləri dinlənilib. İştirakçılara maarifləndirici bukletlər paylanıb.
Gənclərə sağlam həyat tərzi yaşamaq, narkomaniya və digər zərərli vərdişlərlə mübarizə aparmaq tövsiyə olunub.
Şəhla Qafarova

Şərh Yaz