Məqsəd vətənpərvərlik ruhunda tərbiyədir

14 aprel 2017-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışları keçirilib.Məqsəd vətənpərvərlik ruhunda tərbiyədir                   Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq gəncərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən çoxsaylı tədbirləri qonaqların diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov da öz növbəsində tədbir iştirakçılarını salamladı, onlara uğurlar arzuladı..
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərinə xüsusi diqqət göstərildiyini qonaqların diqqətinə çatdırdı.
11 rayonunun –“ Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı, Füzuli və Ağdaş komandaları arasında gedən gərgin mübarizədə Qəbələ komandası I yerə, Qax komandası II yerə və Ağsu komandası III yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.
Hər üç yerin qalibi 26-30 aprel 2017-ci il tarixlərdə Mingəçevir şəhərində Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.
K.Bağırova

Şərh Yaz