2017-ci ilin birinci rübündə İsmayıllıda sosial-iqtisadi inkişaf

Rayon iqtisadiyyatının göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2017-ci ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 33913,7 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 3,1 faiz artaraq 360,3 manata çatmışdır. Məhsul və xidmətlərin 56,3 faizi istehsal sahələrinin, 43,7 faizi isə xidmət sahələrinin payına düşür. 2017-ci ilin birinci rübündə İsmayıllıda sosial-iqtisadi inkişaf      Hesabat dövründə kənd təsərrüfatı meşəçilik və balıqçılıq sahəsində 10,5 milyon manatlıq və ya ümumi məhsulun 31,0 faizi, sənayedə 1,4 milyon manatlıq (müvafiq olaraq 4,2 faiz), tikintidə 7,2 milyon manatlıq (21,2 faiz), rabitədə 0,2 milyon manatlıq (0,6 faiz), nəqliyyatda 0,8 milyon manatlıq (2,3 faiz), ticarət və xidmət sahəsində 13,8 milyon manatlıq (40,7 faiz) məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,2 faiz, tikinti istehsalı 76,2 faiz, rabitə 18,8 faiz, nəqliyyat 3,0 faiz artmış, sənaye məhsulunun istehsalında 13,1 faiz, ticarətdə isə 13,5 faiz azalma olmuşdur.
2017-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 3 ton, süd istehsalı 5 ton, yumurta istehsalı 52 min ədəd artmışdır.
01 aprel 2017-ci il tarixə 2098 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitkilərin 487 hektarı kartof, 282 hektarı tərəvəz, 925,5 hektarı paxlalılar, 389,5 hektarını yem bitkiləri təşkil edir.
Bu ilin ilk 3 ayında rayonda 612,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azdır. Hesabat dövründə əsas kapitala 8328,0 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92,7 faiz çox təşkil etmişdir. Rayonun podratçı təşkilatları tərəfindən bu ilin 3 ay ərzində 7572,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 4550,5 min manat çoxdur.
Hesabat ilinin I rübündə rayon əhalisinə 42100,0 min manatlıq istehlak malları satılmış, 6460,0 min manatlıq əhaliyə pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə müqayisəli qiymətlərlə 1,9 faiz çox təşkil etmişdir.
Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 208,5 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 18,8 faiz çoxdur.
01 aprel 2017-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 261,1 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 0,6 faiz yüksək olmuşdur.
2017-ci ilin I rübündə yeni açılmış iş yerlərinin sayı 567 vahid təşkil etmişdir ki, bunun da, 288-i mövcud müəssisə və təşkilatlarda, 279-u isə fiziki şəxslərdə olmuşdur. Mövcud müəssisə və təşkilatlarda açılmış iş yerlərinin 219-u (78,5 faiz) əsasən xidmət və tikinti sahələrində qeydə alınmışdır.
Hesabat ilinin ilk 3 ayında rayon büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 1174,8 min manat təşkil etmişdir. Hesabat dövründə rayon büdcəsinin xərcləri 830,1 min manat olmuşdur.
2017-ci ilin aprel ayının 01-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 85572 nəfər olmuşdur. Rayon əhalisinin 67,55 faizi, yəni 57804 nəfəri kənd yerində, 32,45 faizi 27768 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,37 faizini kişilər, 49,63 faizini qadınlar təşkil edir. İlk 3 ayda rayonda 240 körpə doğulmuş, 159 nəfər isə ölmüş, 70 nikah bağlanmış, 22 nikah isə pozulmuşdur.
Daşdəmir Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsi rəisinin müavini

Şərh Yaz